Bu il Seneqal yığması ilə Afrika Millətlər Kubokunu, “Liverpul”la İngiltərə Federasiya Kubokunu və Liqa Kubokunu qazanan Sadio Mane Afrika qitəsində ilin futbolçusu adına layiq görülüb.
Apasport.az saytının məlumatına görə, yay fasiləsində “Bavariya”ya transfer olunan 30 yaşlı hücumçu ikinci dəfə bu titula sahib çıxıb.
Mane həm də Afrikada bir dəfədən çox ilin ən yaxşısı seçilən 10-cu oyunçu olub. Bu fərdi mükafata ən azı 2 dəfə sahib çıxanlar aşağıdakı kimidir:
1. Samuel Eto (Kamerun) – 4 dəfə
2. Yaya Ture (Fil Dişi Sahili) - 4
3. Corc Vea (Liberiya) - 3
4. Abedi Pele (Qana) - 3
5. Didye Droqba (Fil Dişi Sahili) - 2
6. Roje Milla (Kamerun) - 2
7. Sadio Mane (Seneqal) - 2
8. Məhəmməd Salah (Misir) - 2
9. Nvankvo Kanu (Nigeriya) - 2
10. El Haci Diuf (Seneqal) - 2
- Premyer Liqada üçüncü ən məhsuldar ötürmə ustası
- Qurban Qurbanov rumın məşqçilər barədə: "Rednikə qarşı oyunlarımız daha maraqlı olub"
- İslam Oyunları: Azərbaycanın qılıncoynatma komandası finala yüksəlib
- "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"ın Avropa matçlarının hakimləri açıqlanıb
- Azərbaycan - Slovakiya matçının hakimləri bəlli olub