![Aleks De Souza: "Maaşımızı ala bilmirdik"](https://apasport.az/storage/news/2025/january/29/big/679a164c322bf679a164c322c01738151500679a164c322bd679a164c322be.jpg)
“Antalyaspor”da ilk həftə maaşımızı aldıq. Daha sonra maaş ala bilmədik”.
Apasport.az xəbər verir ki, bu sözləri “Antalyaspor”un sabiq baş məşqçisi Aleks De Souza Braziliya mətbuatına açıqlamasında deyib.
Braziliyalı çalışdırıcı komandada 3 fərqli prezident olduğunu və texniki heyətin icazəsi olmadan futbolçu transfer etdiklərini bildirib:
“Vəzifəyə ilk gəldiyim gündən məndən istənilən klubun Türkiyə kubokunda ilkin mərhələlərini adlamaq və Super Liqada orta mövqelərdə tutmaq idi. Əslində, mən bunu bacarmışdım. Lakin komandada 3 fərqli prezident var idi. Antalya təmsilçisinin 2 vəzifəli şəxsi texniki heyətin xəbəri olmadan özbaşına futbolçu transfer edirdi”.
Qeyd edək ki, bir müddət əvvəl “Antalyaspor” Aleks De Souza ilə yollarını ayırmışdı.