Almaniya 1/16 finalda: Pley-offa üçüncü vəsiqə
21.06.2026 - 02:20
Almaniya millisi DÇ-2026-da 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, E qrupunda Fil Dişi Sahilini 2:1 hesabı ilə məğlub edən Avropa təmsilçisi xallarının sayını 6-ya çatdırıb.
Bununla da Almaniya son 32 komanda arasındakı yerini vaxtından əvvəl təmin edib.
Qeyd edək ki, DÇ-2026-da indiyə qədər Meksika, ABŞ pley-offa vəsiqə əldə etmişdi.
0
0