Cəlalın komandasından ardıcıl ikinci qələbə
11.08.2023 - 22:38
Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytı xəbər verir ki, onun çıxış etdiyi “Arda” turu qələbə ilə başa vurub.
Karcali klubu öz meydanında “Lokomotiv”lə üz-üzə gəlib. Sofiyalılarla oyunun taleyini bir qol həll edib. 20 yaşlı müdafiəçimiz meydana sonradan daxil olub və qələbə topunun müəllifi Kotevi əvəzləyib. Hüseynov 9 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, Cəlalın meydanda olduğu ikinci oyunda da “Arda” qələbə qazanıb. Komanda 4 görüşdən sonra 7 xal toplayıb.
- "Sassuolo"nun hücumçusu "Fənərbaxça"nın hədəfində: 15 milyon avro tələb edirlər
- Menecer Dzyuba haqda: “Azərbaycanda belə pul yoxdur”
- Argentina 6-cı dəfə mundialın finalında - YENİLƏNİB
- “Shirvan Open 2025" şahmat festivalına yekun vurulub - FOTO
- Qurbanovdan “Barselona” etirafı – “Bakıda ‘Sabah’a azarkeşlik edəcəyəm”
0
0