2025/26 mövsümündə Türkiyə Super Liqası çərçivəsində keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” qarşılaşmasının tarixi bəlli olub.
Apasport.az xəbər verir ki, mövsümün ilk derbisində “sarı-lacivərdlilər” ev sahibi qismində meydana çıxacaq.
Bu barədə Türkiyə Futbol Federasiyası rəsmi məlumat yayıb.
Böyük maraqla gözlənilən qarşılaşma Super Liqanın XIV turunda baş tutacaq.
Çempionatın digər derbilərinin keçiriləcəyi turlar isə aşağıdakılardır:
V tur: “Fənərbaxça” – “Trabzonspor”
VIII tur: “Qalatasaray” – “Beşiktaş”
XI tur: “Beşiktaş” – “Fənərbaxça”
XI tur: “Qalatasaray” – “Trabzonspor”
XVI tur: “Trabzonspor” – “Beşiktaş”
Qeyd edək ki, Super Liqada yeni mövsümə avqustun 8-də start veriləcək.
- Sərxan Hacıyevdən açıqlama - Yeni baş məşqçi yerli, yoxsa əcnəbi olacaq?
- Füzuli Məmmədov: "Ola bilsin ki, yanvarda rəhbərliklə bu haqda danışaq"
- “Beşiktaş” - “Makkabi” matçının keçiriləcəyi məkan bəlli olub
- Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi ilə tanış olub - FOTO
- Portuqaliya millisinin üzvü "Yuventus"a keçir