
"Real"ın baş məşqçisi Karlo Ançelotti daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, o, "kral klubu"nun tarixinə düşüb.
İtaliyalı mütəxəssis növbəti dəfə FIFA Qitələrarası kubokunun qalibi olub. Bununla da, o, Madrid təmsilçisinin sükanı arxasında 15-ci tituluna sahib çıxıb.
Aktivinə növbəti kubokunu yazdıran çalışdırıcı Migel Munyosu geridə qoyub. Ançelotti "Real"dakı karyerası ərzində 3 Çempionlar Liqası, 3 UEFA Superkuboku, 2 La Liqa, 2 Kral kuboku, 2 İspaniya Superkuboku, 2 Klublararası dünya kuboku və 1 FIFA Qitələrarası kuboka yiyələnib.
Qeyd edək ki, finalda "Real" "Paçuka"nı məğlub edib - 3:0.
- “Şamaxı” “Kəpəz”i darmadağın edib
- Bəxtiyar Musayev: “Mutu Regekampfla müqayisədə “Neftçi”də daha yaxşı işlər görəcək” - MÜSAHİBƏ
- Ayxan Abbasov: "Kamal Bayramovun bir az diqqətli danışmağı daha yaxşı olardı"
- Qadın cüdo millimiz niyə "Böyük Dəbilqə"lərdə iştirak etmir?
- Hücumçu qərarını verdi: "Qarabağ"da xoşbəxt deyil