Anxel Korrea üçün əlamətdar qarşılaşma
01.02.2024 - 11:26
![Anxel Korrea üçün əlamətdar qarşılaşma](https://apasport.az/storage/news/2024/february/01/big/65bb32cf261af65bb32cf261b0170676705565bb32cf261ad65bb32cf261ae.jpg)
İspaniya çempionatının 20-ci turunun təxirə salınmış oyununda "Atletiko" "Rayo Valyekano" ilə qarşılaşıb. Görüş argentinalı mütəxəssis Dieqo Simeonenin komandasının 2 cavabsız qolu ilə başa çatıb.
Apasport.az xəbər verir ki, bu qarşılaşma Anxel Korrea üçün əlamətdar olub.
O, "Atletiko" ilə 400-cü matça çıxıb. Argentinalı cinah oyunçusu klub tarixində belə yüksək səviyyəyə çatan ikinci futbolçu olub.
Birinci isə 424 oyun təcrübəsi olan “Atletiko”nun qapıçısı, sloveniyalı Yan Oblakdır.
0
0