"Arsenal" 18 yaşlı türkiyəli üçün 40 milyon ödəməyə hazırdır
24.02.2024 - 13:56
Turin "Yuventus"unun 18 yaşlı hücumçusu Kənan Yıldız Londonun "Arsenal" klubunun hədəfinə çevrilib.
Apasport.az "Tuttosport"a istinadla xəbər verir ki, “topçular”ın nümayəndələri gənc futbolçunun transferi ilə bağlı “qoca sinyora” ilə əlaqə saxlayıblar.
İngiltərə klubunun rəhbərliyi hücumçu üçün 40 milyon avro təklif etməyə hazırdır. Lakin italiyalılar onun istedadını ən azı 80 milyon qiymətləndirir.
Bu mövsüm Kənan bütün turnirlərdə 24 matçda iştirak edib, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Yuventus"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.
- Milli Paralimpiya Komitəsi: "Daim şəffaflığın tərəfdarı olmuşuq"
- Şuşa rayon birinciliyinin qalibləri bəlli oldu
- XXVII turun açılış oyununu Nicat İsmayıllı idarə edəcək
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
- Dmitri Kruqlov: “Estoniya Bakıda qalib gələcək” - MÜSAHİBƏ
0
0