Cüdoçularımızdan möhtəşəm start
28.01.2024 - 12:53
![Cüdoçularımızdan möhtəşəm start](https://apasport.az/storage/news/2024/january/28/big/65b5f9978862e65b5f9978862f170642472765b5f9978862965b5f9978862c.jpg)
Ölkəmizin cüdo üzrə yığma komandası Portuqaliyada keçirilən Qran-Pridə uğurlu çıxışını davam etdirir.
Apasport.az xəbər verir ki, Odivalese şəhərində təşkil olunan yarışın ilk iki günüdə atletlərimiz 4 medala sahaib olublar.
Komandamız bu nəticə ilə hazırda turnir cədvəlinin 6-cı pilləsində yer alır. İdmançılarımızdan Yaşar Nəcəfov (66 kq) gümüş, Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq) və Səid Molayi (81 kq) isə Qran-Prini bürünc medalla başa vurublar.
Qeyd edək ki, mötəbər yarışda hələlik 15 ölkənin cüdoçuları fəxri kürsüdə yer almaq şansına malik olublar.
0
0