"Arsenal" Avropa çempionu ilə güclənib
22.08.2024 - 22:18
"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İngiltərə klubu "Real Sosyedad"dan Mikel Merinonu transfer edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Arsenal" ispan yarımmüdafiəçi üçün onun klubuna 32+5 milyon avro təzminat ödəyəcək. 28 yaşlı orta xətt oyunçusu "topçular"la 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, "Real Sosyedad" Mikel Merinonu 2018-ci ilin yayında "Nyukasl"dan transfer edib. Təcrübəli futbolçu İspaniya milli komandası ilə Avro-2024-ün qalibi olub
- Haland: “Məni fahişə adlandırdı və ayaqlarımı sındıracağını dedi”
- Mərc qalmaqalı: Super Liqa klubunun prezidenti həbs olunub
- “Neftçi” “Karvan-Yevlax”la matça bir itki ilə çıxacaq
- “Qəbələ” heyətini konqolu futbolçu ilə gücləndirib
- Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlandı
0
0