“Arsenal” Sakanın əvəzləyicisini tapdı
24.12.2024 - 22:08
![“Arsenal” Sakanın əvəzləyicisini tapdı](https://apasport.az/storage/news/2024/december/24/big/676af8e6a053e676af8e6a053f1735063782676af8e6a053c676af8e6a053d.jpeg)
İngiltərə Premyer Liqası komandalarından “Arsenal” qışda heyətini gücləndirməyi hazırlaşır.
Apasport.az xəbər verir ki, “topçular” PSJ-də yerini itirən Randal Kolo Muanini transfer etməyi planlaşdırır.
“Kristal Pelas”la görüşdə (1:5) zədələnən Bukayo Sakanın uzun müddət sıradan çıxması “Arsenal”ın fransız futbolçunu qışda icarə əsasında heyətinə qatmasına şərait yaradıb.
PSJ-nin baş məşqçisi Luiz Enrike də oyunçunun gedişinə razıdır.
Qeyd edək ki, Muani bu yay “Frankfurt”dan PSJ-yə 95 milyon avroya transfer olunmuşdu.
0
0