“Arsenal”ın üzvü İtaliya yolunda
12.05.2025 - 21:58
“Arsenal”ın üzvü İtaliya yolunda

İngiltərə Premyer Liqası təmsilçilərindən "Arsenal"ın müdafiəçisi Yakub Kiver karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Yuventus" və "İnter" maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, hər iki komanda oyunçu üçün mövsümün sonunda təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Kiver bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 28 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda alıb.