Artetadan sürpriz ayrılıq qərarı
29.01.2024 - 10:46
"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasını tərk edə bilər.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu mövsüm bitdikdən sonra klubdan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.
41 yaşlı çalışdırıcı 2019-cu ilin dekabrından "Arsenal"a rəhbərlik edir. Mütəxəssisin hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir.
Qeyd edək ki, bundan öncə "Liverpul"un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda istefa edəcəyi barədə açıqlama vermişdi.
- İki boksçumuz Avropa çempionatının finalında
- “Barselona”dan 4,5 milyonluq transfer
- "İnter"in sabiq üzvü: “Bir braziliyalı kimi Fransanı dəstəkləməliyəm"
- Qismət Alıyev: "Çalışacağıq ki, hər iki matçdan maksimum nəticə ilə ayrılaq" - Müsahibə
- Futzal üzrə Azərbaycan millisi reytinqdə 29-cu pillədə qərarlaşıb
0
0