Asensio İngiltərə yolunda
02.02.2025 - 12:40
PSJ-nin futbolçusu Marko Asensio komandanı tərk edəcək.
Apasport.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirəcək.
Yarımmüdafiəçi "Aston Villa"ya transfer olunacaq.
Keçidin bu gün rəsmiləşəcəyi gözlənilir.
İspaniyalı Premyer Liqa təmsilçisində mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Asensio bu mövsüm PSJ-də 16 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
- "Araz" “Neftçi” səfərindən bir xalla qayıdır - YENİLƏNİB
- Millinin baş məşqçisi: "Basketbolçularımız Ermənistanla matçda məsuliyyət hiss edirdilər"
- Renat Dadaşov komandasının qəhrəmanı ola bilmədi
- Gəncədə üzgüçülük üzrə “ASF Ganja Cup 2025” turniri keçiriləcək
- Avrokubokların startında: “Qarabağ” hamıdan öndə
0
0