"Real"ın müdafiəçisi Raul Asensionun yay transfer pəncərəsində komandadan ayrılmaq ehtimalı var.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçunun komandadan ayrılması hələ iyun ayında rəhbərlik və baş məşqçi Joze Mourinyo ilə planlaşdırılıb.
Asensionun birdəfəlik transferi və ya icarəyə göndərilməsi gələn təkliflərdən asılı olacaq.
Bununla yanaşı, yekun qərarı yenə də futbolçunun özü verəcək. "Real" isə müdafiəçinin ayrılığına qarşı deyil.
Qeyd edək ki, 22 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.
- “Vinisius karyeramda rastlaşdığım ən yaxşı insanlardan biridir”
- Rahid Əmirquliyev: “Qarabağ”ı saxlaya biləcək komanda yoxdur” - Müsahibə
- Minamino Premyer Liqa klubuna keçməkdən imtina etdi
- "Sumqayıt"dan ilk, “Zirə”dən növbəti qələbə - YENİLƏNİB
- İngiltərə Futbol Assosiasiyası Robertsonu vuran hakimi cəzalandırmayacaq