“Aston Villa” 60 milyon avroya ispan qolkiper ala bilər
15.03.2024 - 14:58
İspaniya millisinin və "Atletik Bilbao"nun qapıçısı Unay Saymon yay "transfer pəncərəsi"ndə komandasını dəyişə bilər.
Apasport.az bildirir ki, "Aston Villa" Saymonla maraqlanır. Birminqem təmsilçisi son bir neçə ay ərzində basklarla danışıqlar aparırdı.
Potensial transfer məbləği təxminən 60 milyon avro ola bilər.
Qeyd edək ki, 26 yaşlı qolkiper 2018-ci ilin yayından "Atletik"də çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyun ayının sonunda başa çatacaq.
- Azərbaycanın daha bir boksçusu dünya çempionatında yarımfinala yüksəlib
- Birinci Liqa: “Karvan”dan qələbə, Bayılda qolsuz sülh - YENİLƏNİB
- Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”
- Krunoslan Renduliç: "Bu qələbə ilə bizdən geridə olan rəqibləri təzyiq altına saldıq"
- “Liverpul” 115 milyon avro təklif etsə də...
0
0