Ayın ən yaxşı baş məşqçisi bəlli oldu
02.02.2024 - 12:37
“İnter”in çalışdırıcısı Simone İnzaqi İtaliya çempionatında yanvar ayının ən yaxşı məşqçisi adına layiq görülüb.
Apasport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bu titula cari mövsüm ikinci dəfə yiyələnib. İtaliyalı ötən ilin dekabrında da ayın ən yaxşı baş məşqçisi seçilib.
Qeyd edək ki, yanvarda “İnter” “Verona” (2:1), “Montsa” (5:1) və “Fiorentina”nı (1:0) məğlub edərək 3 turdan 9 xalla ayrılıb.
Həmçinin, İnzaqinin komandası İtaliya Superkubokunun sahibi olub.
- Əlil arabasından böyük futbolçuya aparan yol - ULDUZLAR
- “Atletiko”nun 16 illik seriyası sona çatdı
- Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”
- Yunan-Roma güləşçilərimiz Avropa çempionatında 8 medal qazandı
- "Qarabağ" daha bir legioneri ilə vidalaşır - EKSKLÜZİV
0
0