
Yay transfer pəncərəsinin açılması ilə birgə bir çox ulduz futbolçu öz komandası ilə müqavilə yeniləmədiyindən azad agent statusunu aldı.
Apasport.az xəbər verir ki, bu oyunçuların komandadan ayrılması aylar öncədən dəqiqləşsə də, bəzi futbolçular hələ də özlərinə yeni klub tapmayıb.
Azad agent statusu alan 10 ulduz futbolçunu qeyd edirik:
1. Luka Modriç
Real Madrid-in əfsanəvi yarımmüdafiəçisi Luka Modriç bu yay pəncərəsinin başlaması ilə azad agent statusunu aldı. 39 yaşlı xorvatiyalı ulduzun klubla müqaviləsi 30 iyun 2025-ci ildə başa çatdı. Xorvatiyalı hazırda mütəmadi olaraq oynayacağı bir mühitdə futbol karyerasını davam etdirmək istəyir. Adı daha çox A Seriyası təmsilçisi Milan ilə hallanır.
2. Tomas Müller
“Bavariya”nın uzun illər boyunca əsas simalarından biri sayılan Tomas Müller də bu yay etibarilə azad agent statusu qazanıb. 34 yaşlı alman futbolçunun müqaviləsi 30 iyun 2025-ci ildə başa çatıb. Müller peşəkar karyerasını harda davam etdirəcəyi ilə bağlı qərar verməyib. Təcrübəli hücumçunun Almaniyada qalmaq və ya MLS-də forma geyinmək ehtimalı müzakirə olunur.
3. Marko Arnautoviç
Avstriyalı hücumçu Marko Arnautoviç yay transfer pəncərəsinin açılışı ilə klubsuzdur. 35 yaşlı forvardın "İnter"lə müqaviləsi 30 iyun 2025-ci ildə başa çatıb və klub onunla yollarını ayırıb. Arnautoviç karyerasını davam etdirməyə hazır olduğunu bildirir və xüsusilə Avstriya və Türkiyə klublarından təkliflər aldığı qeyd olunur. A Seriyasından da bir neçə klub maraqlanır.
4. Kristian Eriksen
Danimarkalı yarımmüdafiəçi Kristian “Mançester Yunayted”lə yeni sözləşmə imzalamayıb və Eriksen artıq sərbəst oyunçular siyahısındadır. Karyerasını Avropada davam etdirmək istədiyi deyilsə də, Səudiyyə Ərəbistanı klublarının da diqqət mərkəzində yer alır.
5. Tomas Partey
Qana millisinin aparıcı yarımmüdafiəçisi Tomas Partey bu yay “Arsenal”dan ayrılaraq azad agentə çevrilib. 31 yaşlı futbolçunun müqaviləsi 30 iyun 2025-ci ildə başa çatıb və klub yeni müqavilə təklif etməyib. Son illərdə zədələr və rəqabət səbəbindən əsas heyətdə yerini itirən Partey karyerasını Avropada davam etdirmək niyyətindədir. Onunla “Yuventus” və “Beşiktaş” kimi klublar maraqlanır.
6. Nikolas Taqliafiko
Argentina millisinin təcrübəli müdafiəçisi Nikolas Taqliafiko artıq azad agentdir. 31 yaşlı futbolçunun “Olimpik Lion”la müqaviləsi 30 iyun 2025-ci ildə başa çatıb və klubla yollar ayrılıb. Taqliafiko əsas heyətdəki yerini itirdiyi üçün yeni çağırışlara açıqdır. Adı “Benfika”, “Feyenord” və MLS təmsilçiləri ilə hallanır.
7. Serxio Requlyon
İspaniyalı sol cinah müdafiəçisi Serxio Requlyon bu yay “Tottenhem”lə müqaviləsinin başa çatması ilə azad agentə çevrilib. 27 yaşlı futbolçu son mövsümü “Brentford”da icarədə keçirib və London təmsilçisi onunla yeni müqavilə imzalamayıb. Requlyon karyerasını La Liqada davam etdirmək istəyir. Bir neçə İspaniya klubundan təklif aldığı bildirilir.
8. Vladimir Kufal
Çexiya millisinin müdafiəçisi Vladimir Kufalın “Vest Hem”lə müqaviləsi başa çatıb və 31 yaşlı futbolçu bu yay azad agentə çevrilib. Sağ cinah müdafiəçisinin İngiltərədə qalmaq ehtimalı olsa da, Almaniya və İtaliya klublarının da maraq göstərdiyi bildirilir. Kufal AÇ-2024-dəki performansı ilə də diqqət mərkəzinə düşüb.
9. Abdulaye Dukure
“Mersisayd” təmsilçisi “Everton”la müqaviləsi başa çatan Abdulaye Dukure artıq azad agentdir. 31 yaşlı mərkəz yarımmüdafiəçisi Premyer Liqada illərlə stabil çıxış edib və bu yay yeni klub axtarışındadır. “Everton” onunla yeni sözləşmə imzalamayıb. Dukurenin Fransa və İtaliya klublarından təklif aldığı bildirilir.
10. Viktor Lindelöf
İsveç millisinin müdafiəçisi Viktor Lindelöf bu yay “Mançester Yunayted”lə müqaviləsinin başa çatması ilə azad agent statusu qazanıb. 29 yaşlı mərkəz müdafiəçisinin son mövsümlərdə heyətdə yer almaqda çətinlik çəkirdi. Klub onunla yeni sözləşmə imzalamayıb. Lindelöf karyerasını Avropanın top liqalarında davam etdirmək niyyətindədir. Adı “Fənərbaxça” və “İnter”lə hallanır.