
Eden Azar karyerasını bərpa edə bilər.
Apasport.az xəbər verir ki, İngiltərə Premyer Liqa klublarından "Vest Hem" 32 yaşlı belçikalını baxışa dəvət edib.
Komandanın məşqçilər korpusunda yer alan Kevin Nolan cinah yarımmüdafiəçisinin karyerasını bitirməyinin hələ erkən olduğunu düşünür: “Əgər Eden bizim komandaya baxışa gəlsəydi onu məmnuniyyətlə qəbul edərdim. Düzdür baş məşqçi Devid Moyesin bu haqda fikirlərini bilmirəm. Ama mən onun bizdə çıxış etməsini çox istəyərdim”.
Qeyd edək ki, bu günlərdə karyerasını bitirdiyini açıqlayan Hazar daha əvvəl ABŞ və Səudiyyə Ərəbistanında oynamaq variantlarını rədd etmişdi.
- “Quba”nın baş məşqçisi: “Komandamız sonda sözünü dedi və qələbə qazandıq”
- Canni De Byazi: "Qrupdan çıxacağımızı düşünənlərin futboldan başı çıxmır" - MÜSAHİBƏ
- Qurban Qurbanov: "15 ildir adımız hallanır, gedişat dəyişmir"
- Vinisius Juniora qızıl top verildi - FOTO
- Təmsilçilərimiz Bolqarıstana yollanıb