!["Barselona" hakimlərə rüşvət vermədiyini sübut etmək istəyir](https://apasport.az/storage/news/2023/february/26/big/63fb76e27d0d463fb76e27d0d5167742435463fb76e27d0d263fb76e27d0d3.jpg)
"Barselona" Neqreyra işi ilə bağlı mətbuat konfransı təşkil edəcək.
Apasport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu bunu, böyük ehtimalla, martın 7-də – İspaniya Kral Kuboku çərçivəsində Madrid "Real"ı ilə oyundan 5 gün sonra edəcək. "Barselona" jurnalistlər önündə hakimlərə rüşvət vermədikləri mövqeyini çatdırmaq istəyir.
Xatırladaq ki, "Barselona" 2016-2018-ci illər ərzində İspaniya Hakimlər Komitəsinin vitse-prezidenti Xose Maria Enrikes Neqreyraya 1,4 milyon avro ödəyib. Daha sonra məlum olub ki, Kataloniya klubu 2001-ci ildən Neqreyraya 6,66 milyon avro ödəyib.