“Barselona”da ciddi itki
17.09.2026 - 22:25
“Barselona”da ciddi itki

“Barselona”nın qapıçısı Joan Qarsiya zədələnib.

Apasport.az xəbər verir ki, ispaniyalı qolkiperin təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qarsiya bu səbəbdən La Liqanın VII turunda sentyabrın 19-da “Sevilya” ilə keçiriləcək qarşılaşmada iştirak etməyəcək. Qapıçının beynəlxalq fasilənin sonuna qədər tam bərpa olunması gözlənilir.

Joan Qarsiya La Liqanın VI turunda “Rasinq”lə matçın fasiləsində əvəzlənib. Kataloniya təmsilçisi həmin görüşdə rəqibini 7:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Barselona” 6 turdan sonra maksimum nəticə göstərərək 18 xalla turnir cədvəlinə başçılıq edir. “Real” isə 15 xalla ikinci pillədə qərarlaşıb.