Atıcılarımız Avropa çempionatında bürünc medal qazanıblar
13.03.2025 - 00:24
Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında Azərbaycan millisi bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığma üçüncü yerə sahib çıxıb.
Təmsilçilərimiz bürünc medal uğrunda qarşılaşmada Almaniya idmançılarına 16:14 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, yarışın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya olub.
- Güləşçilərimiz Avropa çempionatının yarımfinal mərhələsində məğlub olublar
- Millimizin üzvü: “Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”
- “Qəbələ” rəsmisi ECA-nın işçi qrupunda
- Rüfət Quliyev: "Səfərdəki məğlubiyyətin qisasını almaq lazımdır" - Müsahibə
- Şamaxıda hesab açılmadı - YENİLƏNİB
0
0