İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasında “Qalatasaray”la keçirəcəyi oyun üçün səfər heyətini açıqlayıb.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi İstanbula dörd futbolçusu olmadan yollanacaq.
Belə ki, Rafinya, Frenki de Yonq, Andreas Kristensen və Runi Bardqi zədə səbəbindən heyətə daxil edilməyiblər.
“Qalatasaray” da qarşılaşmaya itkilərlə çıxacaq. İstanbul təmsilçisinin müdafiəçisi Vilfrid Sinqo zədə səbəbindən oyunda iştirak etməyəcək. Bundan əlavə, Kaan Ayhan, Arda Ünyay, Kazımcan Karataş, Eyüp Aydın və Can Armando Güner UEFA Çempionlar Liqası üçün sifariş ərizəsinə daxil edilməyiblər.
UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək “Qalatasaray” – “Barselona” qarşılaşması oktyabrın 13-də İstanbulun RAMS Park stadionunda baş tutacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Valdas Dambrauskas: “Qələbəni xüsusi qeyd edəcəm”
- Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ
- Millimiz Avropa çempionatını 3 medalla başa vurub
- Parataekvondoçularımız beynəlxalq təlim-məşq toplanışında
- "Sabah" Kəpəz"i, "Araz-Naxçıvan" isə "Şamaxı"nı məğlub edib