“Həqiqətən heyrətamiz xəbərlərdir. Düşünürəm ki, “Barselona”nın yaxşı çıxış etdiyi vaxtda bu tip məlumatların yayılması təsadüfi deyil”.
Apasport.az saytı xəbər verir ki, bu sözləri Kataloniya klubunun prezidenti Xuan Laporta hakimlərə rüşvət verilməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.
60 yaşlı Laporta bu iddiaların klubu qaralama kompaniyasının bir hissəsi olduğunu vurğulayaraq, “Barselona”nın öz hüquqları çərçivəsində şərəf və ləyaqətini qorumaq üçün bütün lazımi addımları atacağını deyib.
Qeyd edək ki, Kataloniya klubunun İspaniya Hakimlər Komitəsinin vitse-prezidentinə pul ödədiyi iddia olunur. Hətta bu məbləğin 1,4 milyon avro olduğu bildirilir.
- Rəşad Sadıqov: “Futbolumuzu daha yaxşı səviyyəyə çıxaracağıq”
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Yığmamız Avropa kubokuna 16 cüdoçu ilə yollanır
- "Vugar Gashimov Memorial-2022": İkinci günün nəticələri
- Azərbaycanlı FIFA referisi Dubaydakı turnirə təyinat aldı