“Barselona”nın Reşford arzusu
11.05.2025 - 11:45

Markus Reşford karyerasını La Liqada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, o, "Barselona"nın maraq dairəsinə düşüb.
Kataloniya təmsilçisi müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan futbolçunu heyətinə qatmaq niyyətindədir.
"Mavi-qırmızılar" hazırda "Aston Villa"da çıxış edən Reşfordu yayda rənglərinə bağlamaq istəyir.
Qeyd edək ki, Markus bu mövsüm Premyer Liqada 25 oyunda 6 qol vurub.
0
0