"Barselona"nın satmaq istədiyi 8 futbolçu
10.07.2023 - 22:23
"Barselona" 8 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, İspaniya təmsilçisində bu addımın atılmasında əsas səbəb maliyyə vəziyyətinin ağır olmasıdır.
Kataloniyalılar müdafiəçilər Kleman Lanqle, Serjinyo Destlə Erik Qarsiya, yarımmüdafiəçilər Frank Kessie, Pablo Torre ilə Niko Qonzales, hücumçular Ferran Torres və Aleks Kolladonun satılmasına qarşı çıxmayacaqlar. Artıq bəzi oyunçuların transferi ilə bağlı danışıqların aparıldığı da bildirilir.
Qeyd edək ki, komanda son mövsümdə La Liqanı çempion kimi başa vurub.
- Emin Mahmudov dünya çempionatında favoritini açıqladı
- Məhəmməd Rüstəmli çempion adına yiyələnib
- Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisinin rəqibi bəlli olub
- Azad Gözəlov: "Azərbaycanda kanoe və avarçəkməyə gənclərin marağı çoxalıb"
- Taekvondo yığmamızdan növbəti medal – dünya birinciliyində
0
0