“Bavariya” müdafiəçisini icarəyə verdi
21.08.2023 - 10:44
![“Bavariya” müdafiəçisini icarəyə verdi](https://apasport.az/storage/news/2023/august/21/big/64e307f6c2a4464e307f6c2a45169260031064e307f6c2a4264e307f6c2a43.jpg)
“Bavariya” futbolçusu Yosip Stanişiçi icarəyə verib.
Apasport.az saytının məlumatına görə, xorvatiyalı müdafiəçi “Bayer”ə keçib.
O, 2023/24 mövsümünü Leverkuzen klubuna keçirəcək. İcarə müqaviləsində futbolçunun transferi barədə bənd yer almayıb.
Qeyd edək ki, Stanişiç ötən mövsüm 23 matçda meydana çıxıb.
0
0