Kroos onları fərqləndirdi
14.10.2022 - 00:43
“Real”ın futbolçusu Toni Kroos ən sürətli futbolçuları açıqlayıb.
Apasport.az saytının məlumatına görə, almaniyalı yarımmüdafiəçi meydanda rəqib və komanda yoldaşı kimi canlı izlədiyi futbolçular arasında seçim edib.
Kroos dörd oyunçunu fərqləndirib: “Mbappeni dayandırmaq çox çətindir. Öz komanda yoldaşlarımdan Qaret Beyl, Rafael Varan və Vinisius Junioru qeyd edərəm”.
Qeyd edək ki, 32 yaşlı Toni 2014-cü ildən “Real”ın formasını geyinir. Almaniyalı bunadək vətənində “Bavariya” və “Bayer”də çıxış edib.
- Bekhem “Mançester Yunayted”ə qayıda bilər
- Avropa birinciliyinin mükafatçısı Azərbaycan çempionatına qələbə ilə başladı
- Dambrauskas: “Qarabağ”a hörmət edirik və hər oyuna ciddi yanaşırıq”
- Parataekvondoçumuz qızıl medal qazanıb - YENİLƏNİB
- Son dəqiqə: Azərbaycan çempionatında daha bir oyun baş tutmadı
0
0