“Bavariya”da ciddi itki - 8 həftə olmayacaq
05.04.2025 - 16:53
Ötən gün Almaniya Bundesliqasının XXVIII turu çərçivəsində "Bavariya" səfərdə "Auqsburq"u 3:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, qonaqların ilk qoluna imza atan Camal Musiala sıradan çıxıb.
Görüşə davam edə bilməyən oyunçunun zədəsinin ciddi olduğu bildirilib.
Yarımmüdafiəçinin 8 həftə yaşıl meydanlardan uzaq qalması gözlənilir.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm Bavyera təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 18 qol, 8 assistlə yadda qalıb.
- Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
- Yeqor Xvalko: "Qarabağ" kimi komandalara qarşı oynayanda böyüyürsən"
- III MDB Oyunları ilə əlaqədar olaraq Gəncə “MDB-nin idman paytaxtı” seçilib
- Kamran Quliyev: “Ənənəni davam etdiririk”
- İbrahimoviç “Montsa”ya keçidə razılıq verdi
0
0