“Bavariya”nın futbolçusunun ürəyində problem
06.01.2023 - 17:29
![“Bavariya”nın futbolçusunun ürəyində problem](https://apasport.az/storage/news/2023/january/06/big/63b81eb9a325563b81eb9a3256167301087363b81eb9a325163b81eb9a3253.png)
Almaniyanın “Bavariya” klubunun futbolçusu Nussair Mazrauinin səhhətində problem yaranıb.
Apasport.az saytı “Bild” nəşrinə istinadən xəbər verir ki, həkimlər mərakeşli futbolçunun ürək toxumalarında iltihab aşkarlayıb.
25 yaşlı oyunçunun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Mərakeş millisinin də şərəfini qoruyan Mazraui bu mövsüm 18 qarşılaşmada iştirak edib.
0
0