“Bayer Leverkuzen” Virtzə əvəzləyici tapdı
                    
                    30.06.2025 - 15:20
                        
                     
                    Erik Ten Haqın gəlişi ilə heyətdə dəyişikliklərə gedən “Bayer” daha bir oyunçu ilə anlaşıb.
Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi PSV-dən Malik Tillman ilə razılıq əldə edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Bayer” ABŞ millisinin üzvü üçün PSV-yə 40 milyon avro ödəyəcək.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi “Bavariya”nın yetirməsidir.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                                 
                                                 
                                                