Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi “Bayer”in nigeriyalı hücumçusu Viktor Bonifas Ağdam təmsilçisi ilə görüşü buraxa bilər.
Apasport.az “Bild”ə istinadla xəbər verir ki, yanvarın əvvəlində Afrika Millətlər Kuboku zamanı Nigeriya millisinin heyətində ciddi zədə alan hücumçunun aprel ayına kimi meydanlara qayıtması gözlənilmir.
Lakin Almaniya klubunun argentinalı yarımmüdafiəçi Ezekiel Palasios "köhlən atlılar"la görüşə qədər tam sağalacaq. O, artıq məşqlərə başlayıb.
Xatırladaq ki, Bonifas bu mövsüm 16 qolla "Bayer"in bombardiridir. 23 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la hər iki görüşdə (5:1, 1:0) fərqlənib.
- “Araz-Naxçıvan”ın legioneri: "Azərbaycanda özümü ikinci vətənimdə kimi hiss edirəm" - Müsahibə
- “Çelsi”dən Çempionlar Liqası xəyalına vida
- “Neftçi”nin “Zirə” və "Qarabağ"la oyunlarının vaxtı açıqlandı
- PSJ-dən 16 yaşlı hücumçu üçün 60 milyonluq təklif
- Okan Buruk: “Yarımmüdafiədəki boşluq üstünlük ola bilər”