"Bayer"li müdafiəçi "Real"ın radarında
01.04.2025 - 10:16
"Bayer Leverkuzen"in mərkəz müdafiəçisi Pyero İnkapi "Real"ın radarına düşüb.
Apasport.az xəbər verir ki, madridlilər mərkəzi müdafiəni gücləndirmək üçün yayda bu mövqeyə ən az 1 transfer planlayırlar.
“Sky Sport”un məlumatına görə, İnkapi “Real”ın siyahısında yer alıb.
Ötən il Londonun "Çelsi" və "Tottenhem" klubları da ekvadorlu futbolçu ilə maraqlanırdılar.
Qeyd edək ki, İnkapi "Bayer"lə 2029-cu ilə qədər müqavilə imzalayıb. 23 yaşlı futbolçunun dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
- İlham Yadullayev: “Qarşıdakı matçlara hazırlaşacağıq”
- Əliyar Ağayev: “Özümü tənqid etdiyim çox oyun olub” - Müsahibə
- Almaniya mundialla vidalaşdı, Yaponiya və İspaniya 1/8 finalda - YENİLƏNİB
- Felipe Santos: “Final oyunu tortun üzərində əskik olan kremdir” - MÜSAHİBƏ
- “Sabah”da oynamadan getdi – 1 illik əcnəbi turist
0
0