“Benfika” “Real”ın yetirməsini heyətinə qatıb
12.07.2025 - 17:54
“Benfika” “Real”ın yetirməsini heyətinə qatıb

“Benfika” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Portuqaliya təmsilçisi “Real Madrid”dən Rafael Obradoru transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Obrador ötən mövsümü icarə əsasında “Deportivo”da keçirib.