Benzema yenə oyunu buraxacaq?
29.10.2022 - 15:49
“Real”ın futbolçusu Kərim Benzema komandasının daha bir oyununu buraxmaq təhlükəsi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, fransalı hücumçu İspaniya klubunun bugünkü məşqinə də qatılmayıb.
Bu üzdən 34 yaşlı forvardın La Liqanın XII turunun “Jirona” ilə matçında iştirakı sual altındadır. Benzema kimi digər hücumçu Rodriqo da son məşqi buraxıb.
Benzema son iki oyunda da komandasına kömək etməyib. O, “Sevilya” ilə (1:3) La Liqa, “Leypsiq”lə (2:3) Çempionlar Liqası görüşündən kənar qalıb.
Qeyd edək ki, “Real” – “Jirona” matçı sabah baş tutacaq.
- Mingəçevirdə daha 4 təmsilçimiz medal qazanıb: 1 qızıl, 1 gümüş, 2 bürünc
- “Sevilya”nın baş məşqçisi postuna namizədlər müəyyənləşdi
- Gimnastlarımız beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Naxçıvanda muxtar respublika çempionatı və birinciliyi keçirilib
- Yeqor Titov: Yanlış “atəş açmaq” haqları yoxdur – PROQNOZ
0
0