“Beşiktaş” Avstriya klubuna məğlub olub
17.07.2025 - 00:38
“Beşiktaş” Avstriya klubuna məğlub olub

"Beşiktaş" yeni mövsüm öncəsi hazırlıqlar çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi bu dəfə Avstriyanın "Volfsberger" komandası ilə qarşılaşıb.

5 qolun vurulduğu matçda "Beşiktaş" rəqibinə 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komanda hazırlıqlarını davam etdirir və növbəti yoxlama oyunlarını yaxın günlərdə keçirməyi planlaşdırır.