Saliba beş il “Arsenal”da
29.06.2023 - 20:57
“Arsenal” fransalı müdafiəçi Vilyam Saliba ilə yeni müqavilə imzalayacaq.
Apasport.az-ın məlumatına görə, tərəflər anlaşmanın bütün detallarını razılaşdırıblar.
Yeni müqavilə 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub. Müqavilədə müddətin bir illik avtomatik artırlıması maddəsi də qeyd olunub. Transfer dəyəri 65 milyon avro qiymətləndirilən Salibanın hazırki müqaviləsi gələn ilin yayında bitəcəkdi.
Qeyd edək ki, zədə üzündən mövsümün sonunda meydana çıxmayan müdafiəçi bütün turnirlərdə 33 oyun keçirib.
- Bakıda keçirilən döyüş gecəsi UFC turnirinin tarixinə düşüb
- Hakimə hücum edən klub prezidenti üçün tələb olunan cəza müəyyənləşib
- Braziliya - Argentina matçına FİFA-dan araşdırma
- МОК transgender idmançıların Olimpiadada iştirakını qadağan edib
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
0
0