“Beşiktaş” yeni baş məşqçi axtarışında ciddi çətinliklə üzləşib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin indiyədək danışıqlar apardığı mütəxəssislərlə görüşləri müsbət nəticələnməyib.
İddiaya görə, “qara qartallar”ın siyahısında yer alan əcnəbi məşqçilər klubdan 10 milyon avrodan artıq maaş tələb edirlər. Rəhbərlik isə bu məbləği qəbul etmir.
Bundan başqa, bəzi mütəxəssislər “Beşiktaş”ın son 4 ildəki baş məşqçi dəyişikliklərini əsas gətirərək təklifi birbaşa geri çeviriblər. Bir qrup məşqçi isə klubdan müəyyən müddətlik iş zəmanəti istəyib. Lakin rəhbərlik bu şərti də qəbul etməyə hazır deyil.
Hazırda “Beşiktaş”ın razılaşma mərhələsinə gəldiyi konkret baş məşqçi namizədi yoxdur. Həmçinin azarkeşlərdə böyük həyəcan yaradacaq, “dünyaca məşhur” səviyyədə bir mütəxəssislə də real anlaşma görünmür.
Qeyd edək ki, “Beşiktaş” ötən günlərdə baş məşqçi Sərgən Yalçınla yollarını ayırıb.
- Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək
- Rəşad Sadıqov: "Özüm haqda tənqidləri eşitməmişəm" - VİDEO
- "Vest Hem"də yeni hücumçu
- "Beşiktaş" yeni məşqçisi ilə müqavilə imzalayıb - Konfransda gərginlik
- Yığmaya inanan Həsənzadə “Top-5” liqalarını arzulayır - MÜSAHİBƏ