Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Ernest Muçi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı vinger Albaniya milli komandasının UEFA Millətlər Liqasının 6-cı turunda Ukrayna ilə keçirdiyi oyunda (1:2) ayaq əzələsində zədələnib. Müalicəsinə başlanılan ön xətt oyunçusu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Beşiktaş" Ernest Muçini ötən ilin fevral ayında "Legiya"dan (Varşava) transfer edib. Futbolçu bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- La Liqa klubunda yeni baş məşqçi
- Azərbaycan Qran-prisi Maks Ferstappenin qələbəsi ilə başa çatdı - YENİLƏNİB
- III MDB Oyunları: Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb - FOTO
- Niderlandın baş nazirindən Baydenə cavab: "Futbol sokkerə qalib gəldi"
- Cavid Hüseynov "Səbail"in baş məşqçi postuna təyin olunub - Rəsmi