"Beşiktaş"ın futbolçusu basketbolçu olub
07.11.2024 - 21:21
!["Beşiktaş"ın futbolçusu basketbolçu olub](https://apasport.az/storage/news/2024/november/07/big/672cf119bfd1e672cf119bfd1f1730998553672cf119bfd1c672cf119bfd1d.jpg)
Super Liqa təmsilçilərindən "Beşiktaş"da çempionluq qazanan futbolçulardan Adem Ljajiç basketbolçu olub.
Apasport.az xəbər verir ki, 33 yaşlı oyunçu 2023-cü ildə transfer olduğu "Novi Pazar"ın basketbol komandası ilə müqavilə imzalayıb.
Serbiya klubunun verdiyi açıqlamada Ljajiçin futbol oynamağa davam edəcəyi və basketbol komandası ilə də matçlarda çıxış edəcəyi bildirilib.
"Beşiktaş" 2018-2019 mövsümündə Adem Lyajiçi "Torino"dan 1,25 milyon avroya icarəyə götürüb. Serbiyalı futbolçu 2020-2021 mövsümündə də "Beşiktaş"la çempion olub.
0
0