"Borussiya" Hummelslə yolları ayırdı
14.06.2024 - 15:49
!["Borussiya" Hummelslə yolları ayırdı](https://apasport.az/storage/news/2024/june/14/big/666c2af5a8707666c2af5a87081718364917666c2af5a8704666c2af5a8706.jpg)
Almaniyanın "Borussiya" (Dortmund) klubu futbolçusu Mats Hummelslə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Xatırladaq ki, 2019-cu ildə "Borussiya"ya qayıdan Hummels 2009-2016-cı illərdə də bu komandanın uğurları üçün çalışıb. O, Dortmund klubunda 2010/2011 və 2011/2012 mövsümündə Almaniya Bundesliqasının qalibi olub.
Qeyd edək ki, klub ötən gün baş məşqçi Edin Terziçlə də sağollaşıb.
0
0