Bu stadion Luçeskunun adını daşıyacaq
10.04.2026 - 10:35
Bu stadion Luçeskunun adını daşıyacaq

Buxarest “Dinamo”sunun yeni stadionuna Mirça Luçeskunun adı veriləcək

Apasport.az xəbər verir ki, bu barədə “Mediafax” nəşri məlumat yayıb.

Köhnə arenanın yerində inşa edilən yeni stadion “Dinamo Mirça Luçesku” adlanacaq.

Xatırladaq ki, Mirça Luçesku 80 yaşında vəfat edib. O, futbolçu karyerasının 12 ilini “Dinamo”ya həsr edib. Luçesku 1985–1990-cı illərdə Buxarest təmsilçisinin, 1981–1986 və 2024-26-cı illərdə isə Rumıniya millisinin baş məşqçisi olub.