Bundesliqada yeni rekord
04.09.2022 - 20:46
Mönhenqladbax “Borussiya”sının qapıçısı Yan Zommer Bundesliqanın tarixinə düşüb.
Apasprort.az saytının məlumatına görə, isveçrəli Almaniya çempionatında ən çox oyun keçirən legioner qapıçı adına yiyələnib.
V turun “Mayns”la görüşü 33 yaşlı əlcək sahibi üçün 267-ci olub. O, isveçli Ronni Helstryomun rekordunu geridə qoyub. Skandinaviyalı 1974-1984-cü illərdə “Kayzerslautern”də çıxış edib.
Qeyd edək ki, Zommer 2014-cü ildən “Borussiya”da forma geyinir. O, bu komandada 363 qol buraxıb.
- "Feyenoord" "Roma"nı məğlub etdi, "Gent" "Vest Hem"ə uduzmadı
- “Forza Neftçi” qələbənin 20 illiyini belə qeyd etdi - foto
- Türkiyə klubu Qubada təlim-məşq toplanışında
- “Şəfa” rəsmisi: “Fuad Musayevin ailəsindən halallıq almışıq və artıq “ASK Arena”dayıq” - MÜSAHİBƏ
- Həftənin futbolçusu adına namizədlər bəlli oldu
0
0