“Çelsi”ni “Bayer”ə dəyişdi
24.08.2022 - 12:45
“Çelsi”nin yarımmüdafiəçisi Kallum Hadson-Odoinin yeni komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirəcək.
İngiltərə millisinin üzvü “Bayer”lə anlaşıb. Premyer Liqa klublarının icarə təkliflərindən imtina edən Hadson-Odoi bu həftənin sonuna kimi Leverkuzen təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək. O, cari mövsümü icarə əsasında Bundesliqa klubunda keçirəcək.
Qeyd edək ki, hücumameyilli oyunçu ötən mövsüm Premyer Liqada 15 oyunda 1 qol vurub.
- Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub - FOTO
- “Lənkəran”nın baş məqşçisi: “İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur”
- “Malmö”nün baş məşqçisi: “Qarabağ” “Sparta” və “Reyncers”dən güclü komandadır”
- “Borussiya”nın Levandovski arzusu
- Sabiq “Barselona”lı ərəblərin radarında
0
0