“Çelsi”nin müdafiəçisi İtaliya klubunun hədəfində
13.08.2026 - 21:08
“Çelsi”nin müdafiəçisi İtaliya klubunun hədəfində

“Çelsi”nin müdafiəçisi Benua Badyaşil karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, “Napoli” fransalı futbolçunun transferi ilə bağlı London klubu ilə danışıqları davam etdirir.

25 yaşlı müdafiəçi Neapol təmsilçisi ilə şəxsi müqavilə şərtlərini artıq razılaşdırıb. Klublar arasında keçidin maliyyə detalları ilə bağlı bu gün yeni danışıqların aparılması gözlənilir.

“Çelsi” Badyaşilin satınalma şərti ilə icarəyə verilməsi üçün 30 milyon avro tələb edir. “Napoli” isə 20 milyon avro təklif edib. Tərəflərin 3 milyon avroluq icarə haqqı və 25-27 milyon avro məbləğində satınalma şərti üzərində razılığa gələ biləcəyi bildirilir.

Qeyd edək ki, Benua Badyaşil 2023-cü ilin yanvarında “Monako”dan “Çelsi”yə transfer olunub.