Çempionat oyunu dumana görə təxirə salındı
04.01.2025 - 10:18
![Çempionat oyunu dumana görə təxirə salındı](https://apasport.az/storage/news/2025/january/04/big/6778c9a081ced6778c9a081cee17359691846778c9a081ceb6778c9a081cec.webp)
Portuqaliya çempionatının XVII turunun “Nasional” – “Portu” oyunu yarımçıq dayandırılıb.
Apasport.az xəbər verir ki, görüş güclü duman səbəbindən 15-ci dəqiqədən dayanıb və təxirə salınıb. Bu barədə “Portu”nun mətbuat xidməti məlumat yayıb.
Görüş 15 yanvarda baş tutacaq.
“Portu” 40 xalla çempionatda ikinci sıradadır. “Nasional” isə 13 xalla 15-cidir.
0
0