ÇSKA-da yeni futbolçu
16.01.2024 - 21:26
ÇSKA müdafiə xəttini gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, Moskva klubu 25 yaşlı Riccielinin transferi ilə bağlı Portuqaliya təmsilçisi “Famalikao” ilə danışıqlara davam edir.
Ruslar braziliyalı futbolçu üçün 5 milyon avro məbləğində təklif irəli sürüb. Müqavilənin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, 2019-cu ildən Portuqaliya klubunun şərəfini qoruyan Riccieli bu mövsüm iştirak etdiyi 13 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarına lisenziya qazanıb
- Təbriz Həsənov: “Qarabağ” heç-heçə etsə, bizim üçün elə qələbə kimidir” - MÜSAHİBƏ
- Azərbaycan Basketbol Liqası hakimləri üçün yeni mövsüm öncəsi son seminar keçirilib
- “Neftçi”dən Stankoviç qərarı
- İnfantino açıqladı: Dünya çempionatında ilk olacaq
0
0