De Rossi uşaqlıq klubunu aldı
24.01.2025 - 20:23
İtaliyalı sabiq futbolçu və hazırda məşqçi olan Daniele De Rossi "Ostia Mare" klubunu alıb.
Apasport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
De Rossi İtaliya D Seriyasının komandasını iflas olmaqdan xilas edib. O, həmçinin hazırda təhlükəsizlik qaydalarına uyğun olmayan klub stadionu ilə bağlı problemləri həll edəcəyinə söz verib.
Xatırladaq ki, "Ostia Mare" Daniele De Rossi üçün doğma klubdur. O, futbolçu karyerasına bu komandada başlayıb.
Qeyd edək ki, 41 yaşlı çalışdırıcı son olaraq "Roma"ya rəhbərlik edib.
- "Eqnatiya"nın idman direktoru: "Zamiq Əliyevin performansı yüksək səviyyədədir" - Açıqlama
- La Liqa: “El Klasiko”nun qalibi kim olacaq?
- "Qarabağ"ın sabiq qapıçısı: "Emrelinin bəxti gətirmir" - Eksklüziv
- “Real” 16 yaşlı braziliyalı alır
- Aleksandr Çertoqanov: “Nəticələrə millinin baş məşqçisi cavabdehdir”
0
0