"İnter"i sevirəm, ayrılmaq üçün heç bir səbəbim yoxdur”.
Apasport.az saytı xəbər verir ki, bunu "İnter"in yarımmüdafiəçisi Denzel Dumfris deyib.
Niderland millisinin də şərəfini qoruyan 27 yaşlı sağ cinah müdafiəçisi Milan klubundakı karyerasından məmnunluq ifadə edib: “İtaliyada yaşamaq və “İnter” kimi köklü klubun bir parçası olmaq məni xoşbəxt edir. Azarkeşlərimizin bizə dəstəyi möhtəşəmdir. Lakin bu gün futbol çox dinamikdir, oyunçular gəlib-gedirlər. Görək bundan sonra nə olacaq”.
Qeyd edək ki, 2021-ci ildən "İnter"də çıxış edən niderlandlının klubla müqaviləsi 2025-ci ildə bitəcək. Son mövsümdə Dumfris 51 oyuna çıxıb, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.
- Millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxır
- Lamin Yamal tarixə düşüb
- “Zirə”dən bərabərlik, “Sabah” “Sumqayıt”ı darmadağın etdi - YENİLƏNİB
- “Müasir futbolda zəif rəqib anlayışı yoxdur” - Abbasov millimizə inanır
- “Formula 1”-in Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri Yaxın Şərqdə vəziyyətə görə ləğv edilib