Ölkə kubokunda finalçılar müəyyənləşdi
28.05.2024 - 09:08
![Ölkə kubokunda finalçılar müəyyənləşdi](https://apasport.az/storage/news/2024/may/28/big/665566d40e406665566d40e4071716872916665566d40e404665566d40e405.jpeg)
Həndbol üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşib.
Apasport.az xəbər verir ki, qadınların mübarizəsində ilk olaraq yarımfinal görüşündə “Qarabağ” və “Kür” kollektivləri qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüşdə 29:28 hesabı ilə qələbə qazanan ikincilər həlledici mərhələyə vəsiqə qazanıblar.
Onların finaldakı rəqibi digər yarımfinal cütündə “İdman Akademiyası”na (45:28) qalib gələn “Azəryol” həndbolçuları olacaq.
“Kür” və “Azəryol” komandaları arasında baş tutacaq final oyunu mayın 30-da keçiriləcək.
0
0